“Yaşın heç bir önəmi yoxdur” - 71 yaşında futbolçu transfer etdilər

saytların hazırlanması

Evə çatdırılma

“Yaşın heç bir önəmi yoxdur” - 71 yaşında futbolçu transfer etdilər

İdman

30 Yanvar 2020 14:39 1405


Türkiyənin aşağı liqada çıxış edən “Hərbi iş” klubu yeni transferi ilə diqqət çəkib.

“Yeni Sabah” xəbər verir ki, klub 71 yaşlı futbolçu transfer edib. Şerif Kuntu ilə 1 illik müqavilə imzalanıb. Hücumçu artıq komandası ilə ilk matçına çıxıb. 53 ildir futbolda olan Kuntu keçidi haqqında fikirlərini də bölüşüb:

“7-8 yaşımdan etibarən futbolun içindəyəm və davamlı olaraq idman edirəm. Kağızlardan top düzəldərək küçələrdən çıxmış futbolçuyam, kasıblıq içində futbola gəldim və gəncliyim də bu cür keçdi. 1967-ci ildə başladığım bu yolda hələ də davam etməkdəyəm. Məqsədim Türkiyədəki insanlara bir mesaj verməkdir. Ona görə də bu yaşda olsam belə, futbolu davam etdirmək qərarına gəlmişəm. Bir idman adamı olaraq vermək istədiyim ən böyük mesaj budur: Qarda, yağışda, palçıqda və istənilən şəraitdə idman etmək olar. Bunun üçün yaşın önəmi qətiyyən yoxdur”.  pizza

Qeyd edək ki, hələki bu rekord Misirin aşağı liqasında təmsil olunan “6-cı oktyabr”ın futbolçusu 75 yaşlı Ezz El-Dinə məxsusdur. O, dünyanın ən yaxşlı futbolçusudur.

Naibə

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!