Səfirliyə hücum edən Yasin Hüseynzadənin edamı niyə gecikir?

saytların hazırlanması

Evə çatdırılma

Səfirliyə hücum edən Yasin Hüseynzadənin edamı niyə gecikir?

Siyasət

06 May 2025 10:46 294


İranın məhkəmə hakimiyyətində hökmün icrası üçün zəruri prosedurların başa çatması lazımdır. Bu məsələ xüsusi şikayət əsasında tənzimlənir.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IPIS) rəhbəri, nazir müavini Səid Xətibzadə bildirib.

“Azərbaycanın səfirliyinə hücum kədərli bir hadisə idi. Bundan sonra həm polis, həm də məhkəmə hakimiyyəti çox geniş istintaq apardı. Kədərli hadisə hər iki xalqın təmaslarını daha da yaxınlaşdırdı. Hər iki tərəf münasibətləri yenidən canlandırmaq üçün təşəbbüslər irəli sürdü". pizza sifarişi

Səid Xətibzadə Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadənin barəsindəki hökmün icra olunmamasına münasibət bildirib: "İranın məhkəmə hakimiyyətində hökmün icrası üçün zəruri prosedurların başa çatması lazımdır. Bu məsələ xüsusi şikayət əsasında tənzimlənir və Azərbaycanın İrandakı səfirliyi bu məsələ ilə maraqlanır. Əminəm ki, ədalət qələbəsini çalacaq və hökm icra olunacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!