Yaşmada yeni elektrik stansiyası tikiləcək

saytların hazırlanması

Evə çatdırılma

Yaşmada yeni elektrik stansiyası tikiləcək

İqtisadiyyat

29 Oktyabr 2020 11:37 1135


Yaponiyanın Azərbaycandakı Səfirliyi Respublikamızın Xarici İşlər Nazirliyinə müraciət edərək ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfirinin “Azərenerji” ASC-nin rəhbəri ilə görüşmək istədiyini bildirib və səfir Cuniçi Vada ilə Baba Rzayevin görüşü olub. 

Yenisabah.az xəbər verir ki, görüşdə Yaponiya ilə Azərbaycan enerjisistemləri arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, həmçinin Yaponiya Dövlət Agentliyi JİCA-nın dəstəyi ilə həyata keçirilən layihələr geniş müzakirə edilib. O cümlədən Yaşmada özəl investisiya hesabına yeni elektrik stansiyasının tikilməsi layihəsi ətrafında müzakirələr aparılıb və səfir bildirib ki, bərpa olunan enerji mənbələri, kiçik su elektrik stansiyalarının tikintisi də Yapon şirkətlərinin maraq dairəsindədir. Baba Rzayev isə qeyd edib ki, Azərbaycan ilə Yaponyanın elektroenergetika sahəsindəki əməkdaşlığı 20 idən artıqdır uğurla davam edir və Yaponiya bu sahədə etibarlı tərəfdaşdır.

Bunda başqa Qarabağ cəbhəsində baş verənlər, mülki əhalinin atəşə tutulması ilə bağlı fikir mübadiləsi aparılıb. Səfir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Yaponiyanın nüfuzlu mətbuat orqanlarından olan “Nikkei” qəzetinə müsahibəsi nəşrin birinci səhifəsində dərc edilib və bütün Yapon xalqı Azərbaycanın mövqeyindən xəbərdardır. Bununla yanaşı səfir hazırda regionda baş verənlərlə bağlı ətraflı məlumatları hökumətlərinə çatdırdıqlarını da qeyd edib.  pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!