Bir çox analitiklər və iqtisadçılar yaxın gələcəkdə dünyada neftin və neft məhsullarına olan tələbatın azalacağını proqnozlaşdırır. Təhlillərə görə, alternativ enerji mənbələrinin və başlıca olaraq yaşıl enerji layihələrinin inkişafı fonunda yaxın perspektivdə neftin öz mahiyyətini itirəcək və tədricən istehlakı azalacaq.
Bu proqnoz özlüyündə yaxın gələcəkdə neftin bazar qiymətinin aşağı düşməsinə səbəb ola bilər.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Yenisabah.az-a açıqlamasında bildirib: pizza sifarişi
"Əslində, uzun müddətdir ki, neft dünya bazarında əsas enerji resursu kimi öz mahiyyətini itirməyə başlayıb və bu tendensiya davam edəcək. Bəzi analitiklər proqnozlaşdrır ki, dünyada yaşıl enerji və digər alternativ enerji istehsalı artdıqca neftə tələbat azalacaq. Amma dünya üzrə nüfuzlu təşkilatların bir çoxu ən az 2040-cı ilə qədər neft istehlakının azalması gözlənilmir.
Dəqiq olan odur ki, neftin istehlakında artım tempi aşağı düşəcək. Məsələn, əvvəllər dünya üzrə neft istehlakı 2-3 milyon barel artırdısa, indi təxminən yarım milyon barel artacaq. Yəni neftə olan tələbatın yaxın gələcəkdə kəskin artacağı real görünmür. Amma dünyanın inkişaf tempi texnoloji sistemlərin inkişafı və alternativ enerji mənbələrinin daha əlçatan olması istiqamətində olduğu üçün neftin dəyər itirməsi istisna deyil.
Hazırda görünən reallıq odur ki, neftin önəmi azalıb. Əvvəllər neftin tükənən enerji olduğu yönündə düşüncə qəbul olunurdusa, artıq neftin bərpa olunan enerji mənbəyi olduğu məlum olur. Yerin dərinliyində gedən proseslər yeni neft yataqları yaradır. Bu nöqteyi-nəzərdən neftin önəmi azalıb. Yaxın 50 ilin perspektivində neftin başlıca enerji resursu kimi statusu tədricən öz önəmini itirəcək”.
Nazim Hacıyev
Telegram kanalımız