Yaxın 20 gündə Azərbaycan Respublikasının Tehrandakı səfirliyi yenidən fəaliyyət göstərəcək.
Yenisabah.az Mizan-a istinadla xəbər verir ki, bunu İran xarici işlər nazirinin köməkçisi Müctəba Dəmirçulu deyib.
XİN-in Avrasiya şöbəsinin baş direktoru bildirib ki, Bakıdakı İran səfirliyinə hələlik yeni səfir təyin olunmayıb: Marqarita pizza
"Səfir təyinatı uzun bir prosesdir, ilk növbədə, yeni administrasiya qurulmalı, sonra yeni səfir təyin edilməlidir".
Xatırladaq ki, Azərbaycan səfirliyi yeni binada fəaliyyət göstərəcək.
Telegram kanalımız