“Yaxşı oğlan ola bilərsən, amma müğənni deyilsən” - Nadirdən Miri Yusifə   SƏRT CAVAB

saytların hazırlanması

Evə çatdırılma

“Yaxşı oğlan ola bilərsən, amma müğənni deyilsən” - Nadirdən Miri Yusifə SƏRT CAVAB

Şou

10 Sentyabr 2020 17:55 2009


“Düşünürəm ki, mənə sataşan insan mənim gücümdə olan sənətkar olmalıdır. Qabağımda söz deyən, məni tənqid edən və ya nöqsan tutan mənim sənətimdə olmalıdır”.

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə Xalq artisti Miri Yusifə cavab olaraq söyləyib.

“MTV”yə açıqlama verən Qafarzadə Miri Yusifi sənətkar saymadığını bildirib: Marqarita pizza

“Ümumiyyətlə, bu insanla heç təmasda olmamışam. Münasibətimiz belə yoxdur. Şokda idim ki, bu adama mən nələr dedim? Qabağımda söz deyən, məni tənqid edən və ya nöqsan tutan mənim sənətimdə olmalıdır. İnsan ulduz da ola bilər. Ən az mənim sənətim qədər olmalıdır!

Sənətində reper kimi yaxşı sənətkardır. Ola bilər ki, reper kimi qəbul olunmuş sənətkardır. Amma reper kimi. Müğənni kimi yox! Heç belə dostluğumuz, düşmənçiliyimiz də yoxdur. Bilmirəm, onun neçə yaşı var. Onun 40 yaşı varsa, mənim 30 il sənət stajım var. Mən o insanla nə kəlimə kəsim?! Mən sənətdə, səhnələrdə sənət, mədəniyyət, incəsənət üçün külüng vuranda, onlar bilmirəm harda idi?”

Müğənni Miri Yusifin ona söz deməyə haqqı olmadığını deyib:

“İndi sənətkara dil uzatmaq olmaz. Və mənə söz deməyə sənin haqqın yoxdur. Nə yaxşı, nə də pis. Yaxşı oğlan, reper ola bilərsən. Amma mənə toxunmayın. Mən oturmuşam öz taxt-tacımda. Oturuşmuş sənətkarlar var, mən onlardanam. Mən qəbul olunmuşam!”

Qeyd edək ki, qalmaqalın təməli Miri Yusifin Nadirlə bağlı sosial şəbəkədə yayılan "Nadir Qafarzadə bir neçə il əvvəl "Kitab oxuyursan" sualına cavab olaraq demişdi: Gedək professora deyək ki, "xolodilniki"ni açsın, mən də açım. Görək kimdə doludur" sözlərini paylaşması ilə qoyulmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!