Yay GƏLDİ, isti GƏLMƏDİ –   İyun ayında hava niyə SƏRİN keçir?

saytların hazırlanması

Evə çatdırılma

Yay GƏLDİ, isti GƏLMƏDİ – İyun ayında hava niyə SƏRİN keçir?

Sosial

26 İyun 2025 12:50 451


yun ayının bitməsinə az qalsa da, Azərbaycanda havanın temperaturu iyun ayının sonlarına uyğun deyil. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, əvvəlki illərdə bu günlərdə Bakıda havanın temperaturu 40 dərəcəyə qədər yüksəlib. Bu il isə maksimal temperatur 33 dərəcə olub.

Həmçinin, bölgələrdə də bu ay hava yağıntılı keçib. Hava şəraiti Bakıda soyuq küləklər, regionlarda külək, yağış, dolu ilə müşahidə edilib. Çimərlik mövsümü açılsa da dəniz suyunun hərarəti də normadan aşağıdır.

Bəs havanın sərin keçməsinə səbəb nədir? Sezar pizza

Yenisabah.az xəbər verir ki, mövzu ilə bağlı bizim.media-ya danışan ekoloq Telman Zeynalov deyib ki, tədricən qlobal soyuqlaşma prosesi gedir:

“Soyuma prosesi gedir. Havanın temperaturu yenidən düşəcək və qalxacaq. Yay vaxtı temperaturun qalxması normaldır. Camaat indiyə qədər dənizdə çimə bilmir, çünki suyun temperaturu qalxmayıb. Qlobal istiləşmə yoxdur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!