Yay mövsümündə ölümcül təhlükə: Gənələrə diqqət

saytların hazırlanması

Evə çatdırılma

Yay mövsümündə ölümcül təhlükə: Gənələrə diqqət

Dünya

08 İyul 2025 15:02 301


Türkiyənin Eskişehir şəhərinin Qubernatorluğu yay mövsümündə artan gənə təhlükəsi ilə bağlı əhaliyə rəsmi xəbərdarlıq edib.

Yenisabah.az xəbər verir ki, gənələrin yaydığı Krım–Kongo qanamalı qızdırması (KKQX) xəstəliyi insan həyatı üçün ölümcül risk daşıyır. Bu baxımdan xüsusilə kənd təsərrüfatı ilə məşğul olanlar, çobanlar və açıq sahədə çalışanlar daha diqqətli olmalıdır.

Qubernatorluq vətəndaşlara aşağıdakı tövsiyələrlə müraciət edib: Toyuqlu pizza

  • Otluq, meşəlik və kolluq ərazilərə gedərkən açıq rəngli, uzunqollu geyimlərdən istifadə edilməlidir,

  • Gənə bədənə yapışdığı halda əllə çıxarılmamalı, dərhal həkimə müraciət olunmalıdır

  • Gənə dişləməsi halında vaxt itirmədən tibb müəssisəsinə gedilməlidir.

Qeyd edək ki, Türkiyədə hər il bu virusla bağlı bir neçə ölüm faktı qeydə alınır. Əsas təhlükə yay aylarında artır.

Rəvan Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!