Yayda metro gecə 1-ə kimi işləyəcək? -   RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Yayda metro gecə 1-ə kimi işləyəcək? - RƏSMİ AÇIQLAMA

Sosial

11 May 2023 16:14 2843


Bakı Metropoliteninin bayram günlərində və mühüm idman yarışları zamanı gec saatlarda da işlədiyi hər kəsə məlumdur. Yay mövsümündə necə, onun iş saatını uzatmaq mümüknüdürmü?

Axı isti günlərdə qatarların hərəkət qrafikində belə dəyişiklik edilir, interval uzadılır. Üstəlik, istirahət mövsümündə istər şəhərin qonaqları, istərsə də paytaxt sakinləri axşam və gecə saatlarında çöldə olmaq, gəzişmək, asudə vaxtı əyləncə ilə doldurmaq istəyir.

Yenisabah.az-a danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bunun mümkün olmadığını bildirib: pizza hut

“Hazırda Nazirlər Kabinetinin təsdiq etdiyi “Metropolitendən istifadə qaydaları"na görə, metropoliten səhər saat 6-dan gecə 12-yə qədər işləyir. Bu, artıq normativ tələbdir. İstisnalar Bakıda keçirilən kütləvi tədbirlər və digər əhəmiyyətli məsələlər zamanı olur.

Metropoliten mövcud vəziyyətdə sərnişinlərin rahatlığını təmin etmək, insanlarınların mənzil başına rahat çatması məqsədilə bunu edir. Lakin bu hal adi günlərdə davamlı olmur. 

Bəzi nüanslar var, əgər məsələ araşdırılsa, uzun müddətli monitorinq aparılmalıdır, digər məsələlər müzakirə olunmalıdır. Dünyada bu təcrübənin müxtəlif nümunələrini görürük, amma Bakı üçün belə məsələlər gündəmdə olsa, ona xüsusi baxılacaq.

Bir daha qeyd edim ki, hüquqi-normativ aktlara, xüsusilə metropolitendən istifadə qaydalarına görə, iş saatı səhər 6-dan gecə 12-yə qədərdir”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!