Yayda payız havası: Bakıda gözlənilməz mənzərə   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Yayda payız havası: Bakıda gözlənilməz mənzərə - VİDEO

Sosial

08 İyul 2025 12:23 601


İyulun 8-də Bakı şəhərində hava şəraiti yay fəslinə xas olmayan şəkildə keçir. Adətən, bu dövrdə dəniz kənarında istirahət, günəş vannası və açıq hava tədbirləri ilə yadda qalan hava bu il paytaxt sakinlərini təəccübləndirib.

Yenisabah.az xəbər verir ki, səhər saatlarından başlayaraq şəhərdə yağışlı və küləkli hava müşahidə olunub. Sosial şəbəkələrdə yayılan görüntülərdən də aydın görünür ki, küçələrdə yağışlı havaya uyğun olmayan geyimdə olan və gözlənilməz yağışa tuş gələn vətəndaşlar var.

Yayı əvəz edən payız havası əsasən Nərimanov rayonu, "Metropark" ticarət mərkəzi ətrafında da özünü büruzə verib. Həmin ərazidən çəkilən kadrlarda sulu asfalt, ağır buludlar və zəif görünüş məsafəsi müşahidə olunur. Toyuqlu pizza

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi əvvəlcədən iyulun ikinci ongünlüyü üçün havanın dəyişkən keçəcəyi barədə xəbərdarlıq etmişdi.

Hadisə yerindən çəkilən görüntüləri təqdim edirik:

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!