Yayda spirtli içki içmək niyə təhlükəlidir?

saytların hazırlanması

Evə çatdırılma

Yayda spirtli içki içmək niyə təhlükəlidir?

Sağlamlıq

24 İyul 2024 12:29 3511


İstidə susuzluğunuzu spirtlə yatırsanız, ürəyinizə güc düşəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın Milli Elmi Narkologiya Mərkəzinin direktoru professor Tatyana Klimenko xəbərdarlıq edib.

O bildirib ki, alkoqol və istiliyin birləşməsi kapilyarların genişlənməsinə, kapilyar şəbəkənin qanla dolmasına və nəticədə qan təzyiqinin azalmasına səbəb olur: Sezar pizza

"Buna görə də, içki içdikdən sonra insan zəiflik, süstlük, yuxululuq hiss edir".

Professor bununla bağlı ikinci riskin həm istiliyin, həm də spirtin bədəndə maye itkisini sürətləndirməsi ilə bağlı olduğunu deyib:

"Eyni zamanda, bədən təkcə suyu deyil, həm də duzları və mikroelementləri itirir ki, bu da ürək-damar sisteminə yükü artırır".

Professor isti havalarda maye itkisinin qarşısını almaq üçün, az miqdarda (100 ml), ancaq tez-tez su içməyi məhləhət görüb. O, suyun otaq temperaturunda olmasını tövsiyə edib./Medicina


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!