Yayın sevimlisi - dondurmanın təəccübləndirən faydaları 

saytların hazırlanması

Evə çatdırılma

Yayın sevimlisi - dondurmanın təəccübləndirən faydaları 

Maraqlı

14 İyun 2024 17:22 1357


Yay aylarının ən dadlı, vazkeçilməz təamlarından olan dondurmanın tərkibindəki kalsium və fosfor sümüklər üçün əsas elementlərdən olduğu üçün bu məhsul olduqca zəngin və faydalı hesab olunur. 

Yenisabah.az xəbər verir ki, bu maddələrin ən gözəl qaynağı süd və süd məhsullarıdır. Ancaq 100 qr süddəki kalsium və fosforun miqdarı konsentrasiyasındakı sıxlıqdan asılı olaraq  dondurmada daha çoxdur. Dünya Sağlamlıq Təşkilatı 1-10 yaşlarında 800  mq, 11-24 yaşlarında 1200 mq, sonra isə gündə 800 mq kalsium qəbulunu tövsiyə edir. Yetkinlik və klimaks dövrundə buna daha çox ehtiyac duyulduğu üçün bu yaşlarda olanlar B və A qrupu vitaminləri ilə zəngin dondurma yeməlidir .

Bəs pəhriz saxlayanlar dondurma yeyə bilərmi? Pepperoni pizza

Pəhriz saxlayan insanların pəhrizlərində adətən şirniyyat kimi dondurma yemələri məsləhət görülür. Lakin miqdara da diqqət etmək lazımdır. Dondurma digər şirniyyatlara nisbətən daha az kaloriyə malik olmaqla daha bəsləyici qida hesab olunur. Balanlaşdırılmış və sağlam bir qidalanma proqramında, həmçinin idman hərəkətləri proqramına əməl etməklə həftədə 1-2 dəfə qatqısız dondurma yeyilməsi tövsiyə olunur.

Ancaq dondurmanın kalori miqdarı istehsal zamanı onun tərkibinə qatılan məhsullardan asılı olaraq dəyişə bilər. Aromatik maddələr, biskit, vafli, fındıq və fıstıq kimi dadlandırıcılar bu göstəricini artıra bilər. Məsələn, 100 qr sadə dondurmada 140 kalori vardır. 100 qr karamelli dondurmada bu rəqəm 265 kalori, 100 qr vanilli - 235, 100 qr bananlı  - 225, 100 qr şokoladlı - 220, 100 qr çiyələkli dondurmada 180 kaloridir.

Dondurmanın faydaları nələrdir?

Qida mütəxəssisləri vərdiş etdiyimizin əksinə olaraq dondurmanın hətta qışda da yeyilməsini tövsiyə edirlər. Onlar sağlam şərtlərdə istehsal edilən və qorunan dondurmaların heç bir zərəri olmadığını, əksinə, insan sağlamlığına çox faydaları olduğunu qeyd edirlər.

- Stressə qarşı dondurma yeyin. Mütəxəssislərin fikrincə, dondurmanın sümükləri gücləndirməklə yanaşı verdiyi enerji stress ve yorğunluğu azaltma gücünə malikdir.

- Dondurma bol miqdarda karbohidrat ihtiva edir. Dondurma yeyərək daha çox enerjili ola bilərsiniz.

- Tərləmənin qarşısını alan və soyuq içkilərdən daha yaxşı təsir gücünə malik olan dondurma yorğun kişilərə yenidən gümrahlıq verir.

- Südlü dondurmalarda triptofan maddəsi vardır ki, bu da zülalların təməl daşı olan əhəmiyyətli bir amin turşusudur. Triptofan insana xoşbəxtlik verici bir hormon olduğu üçün insanı rahatladır. Mütəxəssislər çox stress keçirən insanlara heç çəkinmədən dondurma yemələrini məsləhət görür.

- Hər 100 mililitr dondurmada 125 milliqram miqdarında sümüklərin əsas maddəsi olan kalsium mövcuddur. Bu da sümüklərin güclənməsini təmin edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!