Yaylaqlarda səyyar baytar xidməti

saytların hazırlanması

Evə çatdırılma

Yaylaqlarda səyyar baytar xidməti

Sosial

01 Avqust 2019 13:22 1345


Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən yaylaqlara köç edən və qayıdan, eləcə də yaylaq və qışlaqlarda olan fermer təsərrüfatları üçün səyyar

baytarlıq xidməti təşkil edilir.

"Yeni Sabah"a daxil olan məlumata görə, səyyar baytarlıq xidmətinin əsas məqsədi, heyvanların və quşların sağlamlıq durumunun müəyyənləşdirilməsi, lazım gəldiyi təqdirdə çimizdirilməsi, ilkin baytarlıq yardımlarının göstərilməsi, heyvan sahibləri arasında maariflənmə işinin təşkili, sahibkarlara, çobanlara və naxırçılara tövsiyələrin verilməsidir. Toyuqlu pizza

AXA-nın mütəxəssisləri tərəfindən fermerlərə heyvanların mövsümə uyğun xəstəliklərdən qorunması, saxlanması və otarılmasına dair müvafiq məsləhətlər verilir, heyvan xəstəliklərinin qarşısının alınması və onların idarə olunması, təsərrüfatlarda rast gəlinən xəstəliklər, bu sahədə fermerlərin görə biləcəyi tədbirlər, baytarlıq-sanitariya qaydaları, xəstəlik törədicilərinə qarşı aparılan mübarizə yolları göstərilir. Eləcə də zəruri sayılan təhlükəsizlik qaydalarına əməl edilməsi, dezinfeksiya, dezinseksiya işlərinin görülməsi, yemləmə, bəsləmə qaydaları, profilaktik tədbirlərin vaxtlı-vaxtında icrasının zəruriliyi, mövsümlə əlaqədar baş verən xəstəliklər və onlarla mübarizə, təsərrüfatlarda tez-tez rast gəlinən xəstəliklər izah olunur. Xidmət çərçivəsində yerli baytar həkimləri ilə də görüşlər keçirilir və onlara yeni müalicə üsulları barədə məlumat verilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!