Yazda bu bürclər pula pul deməyəcək - Tutduqlarını qoparacaqlar

saytların hazırlanması

Evə çatdırılma

Yazda bu bürclər pula pul deməyəcək - Tutduqlarını qoparacaqlar

Maraqlı

27 Mart 2023 11:03 21110


2023-cü ilin yazının ən şanslı, pula-pul deməyəcək və ən uğurlu bürcləri açıqlanıb. Bəs bu il hansı bürclər varlı ola bilər? Hansı bürclər daha şanslıdır? 

Yenisabah.az xarici mətbuata istinadən bu yaz üçün 8 ən şanslı bürcü təqdim edir:

QIZ BÜRCÜ  Marqarita pizza

Qız bürcü 2023-cü ildə zəngin olmaq potensialı ən yüksək olan bürclərdən biridir. Qapılar bir-birinin ardınca bu bürcdə olanların üzünə açılacaq. Onların hər şeyi mükəmməl etmək vəsvəsəsi bu il onlara şans və rifah gətirəcək.

BUĞA 

Bu il Buğa bürclərinin potensial istedadlarını ən çox inkişaf etdirdiyi il olacaq. Bu, onların rifah halının yaxşılaşdırılmasında həlledici amil olacaq. Uzun müddət qoyduqları investisiyaların qarşılığını tapacaq. Buğa bürcü, inadkar xarakterləri sayəsində 2023-cü ildə tutduqlarını qoparacaqlar. 

OXATAN 

Oxatan 2023-cü ilin ən optimist əlaməti olaraq görülür. Bu il kainat Oxatan bürcünə zəhmətlərinə görə bol-bol mükafat verəcək. Oxatanlar kainatdan gələn mesajlara qulaq asmalıdırlar. 

DOLÇA 

Dolçalar üçün bu yaz tamamilə yeni karyera hədəfləri gətirəcək. 2023-cü ildə Dolça bürclərini çoxlu sürprizlər gözləyir. Maliyyə nöqteyi-nəzərindən, ortaya çıxan fürsətləri əldən verməmək üçün tez uyğunlaşmağı və həll yollarını tapmağı öyrənməlidirlər. 2023-cü il çox çətin olacaq, amma sonda uğur qazanacaqlar. Onların peşəkar planları uğurlu olacaq. Avtomobil almaq istəyən Dolça bürcləri son model avtomobillərə və evlərə sahib olacaqlar. Dolça bürclərinin bu səssiz yüksəlişi ətrafındakıları təəccübləndirəcək.

TƏRƏZİ 

2023-cü ilin pul ulduz falına görə, yeni il Tərəzi bürcünə müdriklik, sakitlik, tərəqqi və ardıcıllıq gətirəcək. Tərəzilərin bu il çox yaradıcı və strateji ideyaları olacaq. 

QOÇ 

Qoç bürcü, bu il iş proseslərinin üzərinə yüksələcək. İti zehni olan Qoç bürcləri uzun zamandır gözlədikləri layihələr və mövqe sıçrayışları sayəsində pul qapılarını sona qədər açacaqlar.

ŞİR 

May ayında çoxdan gözlənilən iş qərarlarına aydınlıq gətirəcək Şir bürcü üçün transformasiya yaxınlaşır. Ətraflarından da dəstək alacaq Şir bürcü 2023-cü ilin ən şanslı bürcləri siyahısında maddi baxımdan öz yerlərini alacaqlar. Məqsədlərinə diqqət yetirəcək Şir bürcü bu sürətlə beynəlxalq yüksəlişə belə gedə bilər. 

ƏKİZLƏR 

Əkizlər - pul şansı dedikdə ağıla ilk gələn əlamətlərdən biridir. Əksər bürclərdən fərqli olaraq, Əkizlər həmişə böyük uğurlar qazanmağı bacarırlar. Heç gözləmədikləri anda dörd ayaq üstə yerə enirlər və üst-başlarını təmizləyib yola davam edirlər. Onların pul kisəsi adətən dolu olur. Varlıların çoxu Əkizlər bürcündəndir. Onların pulu bu il də əksik olmayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!