Xalq artisti Gülyaz Məmmdova sosial şəbəkədə hərbi geyimdə şəkil paylaşdığı üçün onu tənqid edənlərə cavab verib.
Yenisabah.az xəbər verir ki, Xəzər telekanalında "5/5" verilişinin qonağı olan sənətçi bu geyimi layihəyə görə geyindiyini, özünü reklam etmədiyini deyib:
"Dövlət televiziyasında bir layihə idi, ora qatıldıq, "Zəfər marşı" oxuduq. Qürurla geyindim və dayandım. Biz də səhnədə əsgərik. Arxa cəbhədəyik. Səsimizlə, mahnılarımızla dəstəyik. Yaxşı mənada şəkil çəkdirdik. Yazdılar ki, qadınsınız, bu nədi geyinirsiz, özünüzü reklam edirsiz. Hərə bir söz yazır. Bizim məqsədimiz pis deyildi. Onsuz biz başqa geyimdə olanda da nəsə yazırlar. Harada olsaq gözəl sözləri yox, qıcıqlandırıcı bir mövzunu tapır, reklam qazanırlar". Dördpendirli pizza
Qeyd edək ki, cəbhədə baş verən haisələrdən sonra bir çox məşhur hərbi geyimdə fotolarını paylaşaraq orduya dəstək olduqlarını bildiriblər.
Telegram kanalımız