Yazıçının bacısını əməliyyat edən həkim danışdı –   “Hazırda bütün imkanlar səfərbər olunub”

saytların hazırlanması

Evə çatdırılma

Yazıçının bacısını əməliyyat edən həkim danışdı – “Hazırda bütün imkanlar səfərbər olunub”

Sosial

01 Oktyabr 2025 15:55 9327


Xəbər verdiyimiz kimi, yazıçı Ulucay Akif Məlhəm Hospitalında bacısının başına gələn xoşagəlməz hadisə ilə bağlı məlumat paylaşıb. Bildirib ki, bacısının ilk övladı dünyaya gəlsə də, uşaq həkim səhlənkarlığı ucbatından problemli doğulub və durumu kritikdir.

“Yeni Sabah” məsələ ilə bağlı sözügedən hospitalda doğuşu həyata keçirən həkim, ginekoloq Pərvin Xəlilova ilə əlaqə yaradıb. O, məsələ ilə bağlı saytımıza belə bir açıqlama verib:

“Pasient bizim çox sevimli işçimizdir. Mən onu anlayıram. Ana olub və nəticə uğursuz olduğuna görə, emosional reaksiyalar təbiidir. Amma burada belə bir məqam var: 20 ildir bu sahədəyəm, hələ belə hadisə ilə qarşılaşmamışam. Kitablarda və ədəbiyyatlarda oxumuşdum, lakin praktikamda ilk dəfədir. Son ana qədər uşağın ürək vurğusu normal olub, heç bir problem müşahidə edilməyib. Doğuş zamanı məlum oldu ki, uşaq həm iki dəfə dolanma, həm də həqiqi düyünlə doğulub. Məhz bu düyün son 4-5 dəqiqədə uşağa boğulma effekti yaradıb. Nəticədə beyin işemiyası ocaqları meydana çıxıb. pizza

Biz ailəyə izah etdik ki, qidalanma pozuntusu da bu səbəbdən baş verib. Normalda iki dəfə dolanma olduqda əməliyyata keçmirik. Protokola görə, ancaq ürək döyüntüsündə problem yaranarsa, təcili əməliyyat edilir. Bu halda isə belə hal olmayıb. Ana nəzarət altında idi, sadəcə doğum gücü zəifliyi vardı.

Doğuşun sonunda epiziotomiya etdik, amma uşaq doğulduqdan sonra ağlamadı. Göbək bağına baxanda düyün və dolanma aşkar olundu. Hazırda uşağın durumu nəzarətdədir, aparatdan ayrılıb, irəliləyiş var. Amma beyin işemiyası nəticəsində müəyyən ocaqlar qalacaq”.

Həkim qeyd edib ki, doğuş normal keçib, anada qanaxma və fəsad olmayıb:

“Protokollara görə bəzi hallarda maşa ilə müdaxilə olunur, amma burada buna ehtiyac olmayıb. Burada həkim səhvi yoxdur, çünki həqiqi düyünü ultrasəs müayinəsi ilə görmək mümkün deyil, yalnız doğuş zamanı aşkarlanır. Təəssüf ki, bu hadisə baş verdi. İndi məsələ mediaya çıxarılıb, həkim səhvindən danışılır. Amma faktlar və protokollar əsasında araşdırılacaq.

Bir daha qeyd edirəm: əsas səbəb həqiqi düyün və iki dəfə dolanmadır. Uşağın ürək döyüntüsü son ana qədər normal olduğundan əməliyyata ehtiyac duyulmayıb. Təəssüf ki, çıxış anında qısa müddətdə fəsad yaranıb.

Xəstəxananın rəhbərliyi uşağı tamamilə təmənnasız nəzarətə götürüb. Mən də doğuşu pulsuz icra etmişəm, çünki pasient bizim əməkdaşımızdır. Hazırda bütün imkanlar səfərbər olunub”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Günel Seferova
    Vay vay mende bu xanimi beyenirdim fikirimden dasindim Allah o xanimada bebesinde komey olsun((
    7 months ago
  • Cilenay
    Mən deyim oxuyun. O hekim 3ayliginda servikal yetmemezliyin Var təcili tikiş atmalıyıq deyib və xəstəyle təkrarı müayinə etməyib Cunki uziden anlayışı yoxdur, başqa hekim uzist hersey normaldır deyib və yenə o hekime gedib, sancı suyun gəlməsi ile xəstə mənim bacım (o klinikanin tibb bacısıdır və ozum də illərin anestezi tibb bacisiyam və ixtisasım mamacadir). Hekim deyib yox mən gəlmirəm hələ sənin dogumun ancaq sehere olar men evdəyəm (ki şübhəli gelende normal vəziyyətdə bele6deylldi), 2 defe kordon dolanmasi olduğunu bildiyihalda uzi istəməyib, növbətci ginekoloqu işe qatmayib, aktiv sancı vaxtı xesteye agrikesici iynə edilib(uşaq sustlesib və sancı ritmi olmayıb), arxayinliqdan hamini da arxayın salıb, x es ste agrikesici edin Ya da məni keyseriyyeye alin deyib, yox hersey normaldi deyib tibb bacısı (hekim öz evinde ya da hardasa kefində), daha sonra doguma son 20 deq qala gəlib, ancaq sən güc verə bilmirsen deyib, usagi ağır hiposki vəziyyətinde çıxarıblar, anaya hersey yaxşıdır biraz anestezi verəcəyik ozune gelecek deyibler(guya zahidir deyə psixologiyasin düşünüblər), Ama dogum seheri yalandan gəliblər ki Yaz ki ozum dogum istəmişdim ya da anan deyib, axiri o qədər sadalayaram səhvlərini ki.... Doğum səhəri bütün personal Sen doğa bilmedin deyibler, Onda Ama ananın zahi olduğunu göz önünə almaq yadlarına düşməyib, anaya otaq veriblər sonra ordan qovmağa başlayıblar ki cix get Burdan (və o ana personaldi), 3000 depoztin 2500un qaytarıblar, İndi mətbuata düşüb deyə deyirlər borcunuz var 6000 gelin usagi çıxardıriq, 9 ay sağlam uşaq böyüt bətnində indide çıxarın desinlər, Hətta usagin 3gunluyunden aparin burdan deyirdilər OMDye. Bacim Orda ümidlə uşağım ayılacaq deyə gözləyəndə Bu Adam evdən 3 baci dolmasi oğluma edirəm onun sifarişidir deyib, əyləncəli videolar paylaşımi edirdi, hətta 5 gun sonra bəzənib video çəkib ki ad gününə gedirdim zeng elədilər gəldim Məcbur xəstəxanaya, neyləyək xəstəxanadan Sonra partiye gedərəm deyərək story, video paylaşımi edib, hələ də agillanmayib ki o xesteler sene odenis edir ki xəstəxanaya giris6edenden başında dayanasan TA ki doğuş bitənə kimi, Yoxsa Məcburi deyil sənin işləməyin! Bacarmırsan eleme, həttadiplomumence..
    7 months ago