“Yazırlar ki, Rusiyadan qaçmışam“ - Emin Ağalarov haradadır?

saytların hazırlanması

Evə çatdırılma

“Yazırlar ki, Rusiyadan qaçmışam“ - Emin Ağalarov haradadır?

Şou

05 Aprel 2024 15:20 861


Xəbər verdiyimiz kimi, Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib. 

Axşam.az-ın məlumatına görə, Xalq artisti Emin Ağalarov hadisədən sonra Rusiyadan qaçması ilə bağlı yayılan xəbərlərə reaksiya verib. O bildirib ki, hazırda Moskvadadır və hər gün faciənin baş verdiyi yerə yollanır: 

"Rusiyadan qaçdığımı yazanlar üçün: Moskvadayam, hətta ötən gün faciə olan yerdə idim. Saxta xəbərlərə inanmayın. Kim və hansı səbəblə saxta xəbərlər yayır?".  Marqarita pizza

Qeyd edək ki, Moskvada "Crocus City Hall"da terror aktı martın 22-də törədilib. Ən son məlumata görə, hadisə nəticəsində 144 nəfər həlak olub, daha 551 nəfər isə xəsarət alıb. Terror aktını törətməkdə təqsirləndirilən 4 nəfər həbs edilib. Saxlanılan daha 5 nəfər isə cinayətdə iştirak etməkdə ittiham olunur. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!