“Yeddi Günbəz”də qətl törədən kimdir?

saytların hazırlanması

Evə çatdırılma

“Yeddi Günbəz”də qətl törədən kimdir?

Kriminal

15 May 2020 09:26 1302


Qəbirstanlığda həmyerlisini qətlə yetirən gəncin ibtidai istintaqda həbs müddəti uzadılıb. 

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirlən Hacıyev Orxan Asif oğlunun həbs-qətimkan tədbiri Şamaxı Rayon Məhkəməsinin hakimi Etibar Hümbətov tərəfindən uzadılıb. 

Hadisə 2020-ci il fevralın 1-də gecə saat 1 radələrində şəhərin "Yeddi Günbəz" qəbirstanlığında qeydə alınıb. pizza sifarişi

Şamaxı şəhər sakini 22.07.1991-ci il təvəllüdlü Hacıyev Orxan Asif oğlu aralarında yaranmış mübahisə zamanı üzərində olan mətbəx bıçağı ilə Şamaxı şəhər sakini 26.04.1995-ci il təvəllüdlü Surxayev Ruslan Adil oğlunun bədəninin müxtəlif nahiyələrinə 5 dəfə zərbə endirib. Nəticədə Ruslan Surxayev aldığı xəsarətlərdən ölüb.

Daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb, Hacıyev Orxan Asif oğlu cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılb.

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!