Yeddi ölkənin MSK nümayəndə heyəti bələdiyyə seçkilərini müşahidə edəcək

saytların hazırlanması

Evə çatdırılma

Yeddi ölkənin MSK nümayəndə heyəti bələdiyyə seçkilərini müşahidə edəcək

Sosial

22 Dekabr 2019 17:11 964


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qarşıdan gələn 23 dekabr bələdiyyə seçkilərini müşahidə etmək məqsədilə Azərbaycanda səfərdə olan Moldova, Rumıniya, Belarus, Bolqarıstan, Qazaxıstan, Qırğız və Litva Mərkəzi Seçki Komissiyalarının nümayəndə heyətləri ilə görüşüb.

MSK-dan "Yeni Sabah"a verilən məlumata görə, xarici ölkələrin ali seçki qurumlarının nümayəndə heyətini salamlayan sədr Məzahir Pənahov görüşdən məmnunluğunu ifadə edib. MSK sədri seçki qurumları arasındakı qarşılıqlı faydalı əməkdaşlığın seçki praktikasının təkmilləşməsindəki rolundan danışıb və bildirib ki, bu münasibətlər hər bir ölkədə seçki sisteminin inkişafında əvəzsiz əhəmiyyətə malikdir.

Nümayəndə heyətlərinin üzvləri MSK sədri Məzahir Pənahova səmimi qəbula görə təşəkkürlərini bildirib. Sədr Məzahir Pənahov seçkilərin yüksək səviyyədə hazırlanması, azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində atılmış addımlar və həyata keçirilmiş genişmiqyaslı layihələri qonaqların diqqətinə çatdırıb. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!