Yəhudi politoloqdan ermənilərin “soyqırım” iddialarına şillə kimi cavab

saytların hazırlanması

Evə çatdırılma

Yəhudi politoloqdan ermənilərin “soyqırım” iddialarına şillə kimi cavab

Siyasət

12 Oktyabr 2020 18:23 2279


Ermənistanda anti-israil isterikası zirvə nöqtəsinə çatıb.

Yenisabah.az xəbər verir ki, artıq bu ölkədə İsraili soyqırımda ittiham edirlər. Erməni mediasında, sosial şəbəkələrdə İsrailin əleyhinə müxtəlif ittihamlar səsləndirlir.  

Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Arayik Harutyunyan bəyan edib ki, İsrail Azərbaycana silah satmaqla Qarabağdakı “soyqırım”dan məsuldur. Toyuqlu pizza

İsrailli politoloq Mixail Finkel isə Harutyunyanı bu fikirlərinə görə yalançı adlandırıb. O Vzqlyad.az-a açıqlamasında əvvəlcə qondarma erməni soyqırımı məsələsinə toxunub: “Əvvəlcə ondan başlayaq ki, “soyqırım” ifadəsini 1915-ci ildə baş verənlərin soyqırım kimi tanınması üçün Belarus doğumlu yəhudi jurnalist Rafael Lemkin ortaya atıb. Lakin bu hadisələr soyqırım deyil. Çünki Osmanlı İmperiyasının o dövrdə erməni xalqını məhv etmək niyyəti olmayıb. Türklərin məqsədi onlara qarşı üsyan edən erməniləri cəzalandırmaq və deportasiya etmək idi. Çünki ermənilər qiyam qaldıraraq Birinci Dünya Müharibəsi zamanı Rusiya İmperiyasının tərəfinə keçmişdilər. Qüdsdə çox sayda erməni yaşayır. Türk ordusu heç vaxt onlarla pis rəftar etməyib. Baxmayaraq ki, o dövrdə bütün müqəddəs torpaqlar Osmanlı İmperiyasının bir hissəsi idi.

Beləliklə, bu "soyqırım" ifadəsi erməni xalqına yəhudi jurnalist tərəfindən hədiyyə edilib. Soyqırım bütöv bir xalqın məqsədyönlü şəkildə məhv edilməsi deməkdir. Bu gün bu mülki əhalinin məhvi kimi başa düşülür.

Bu gün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında müharibə gedir, hər iki tərəfdə silahlı qüvvələr, ordular var. Ona görə də burada heç bir soyqırımdan söhbət gedə bilməz. Çünki Azərbaycan Ordusu İsrail silahlarının köməyi ilə erməni xalqını məhv etmir və məhv etməyi hədəfləmir. Üstəlik, Prezident İlham Əliyev, köməkçisi Hacıyev Azərbaycanın mülki şəxslərin, Dağlıq Qarabağda yaşayan ermənilərin qorunması ilə bağlı bütün beynəlxalq konvensiyalara əməl olunacağını bəyan edib”.

Politoloq daha sonra bildirib ki, deyilənlər İsrailə qarşı böhtandan başqa bir şey deyil.

“Bəli, İsrail Azərbaycanı dəstəkləyir, İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, İsrail, dünyanın bütün ölkələri kimi, Ermənistanın özü kimi, “DQR” adlı bir ölkənin olmadığına inanır, bu torpaqlar işğal altındadır - həm Qarabağ, həm də 7 bölgə. İsrail azadlıq müharibəsində qardaş Azərbaycanı dəstəkləyir və dəstəkləməyə davam edəcək. İsrail qardaş Azərbaycan xalqına silah verib və verəcək. 100 faiz Azərbaycanla birlikdəyik. Ancaq bütün bunları "soyqırım" adlandırmaq tarixi bilməmək, şərtləri anlamamaq və açıq şəkildə yalan danışmaqdır. Müharibə hər iki tərəfdəki silahlı qüvvələr arasında davam edir. Azərbaycan tərəfdən heç kim mülki əhaliyə qəsdən zərbə endirməz. O ki qaldı İsrailin satdığı silahlarla bir xalqı məhv etməyi qarşısına qoysun.

İsrailin də erməni xalqını məhv etmək məqsədi yoxdur. Bəsdir yalan danışdılar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!