İstanbul Hasköy qəbiristanlığında yəhudilərə məxsus 36 məzar daşı dağıdılıb.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Baş Rabbinlik Vəqfinin “Twitter” hesabından edilən açıqlamada yəhudi qəbiristanlığına hücumun naməlum şəxslər tərəfindən həyata keçirildiyi bildirilib.
Hücumla bağlı vəqf tərəfindən rəsmi orqanlara məlumat verilib və axtarışlar başlayıb. Marqarita pizza
“Hasköy qəbiristanlığımıza gecə yarısı girib və 36 məzar daşını dağıdıblar. Hadisəni bütün şəkillər və gecə çəkilişləri ilə birlikdə aidiyyatı orqanlara çatdırmışıq. Bu vandalizmi törədənlərin tez bir zamanda tutulmasını gözləyirik”-– deyə vəqfdən bildirilib.
Hücumla əlaqədar iki şübhəli nəzarətə götürülüb. Daxili işlər naziri Süleyman Soylu sosial şəbəkədə bununla bağlı açıqlama verib.
Saxlanılan şübhəlilərin birinin 18 yaşdan kiçik olduğu öyrənilib. Kameralardan müəyyən edilən uşaq yaşlarında olan üçüncü şübhəlinin axtarışı isə davam edir.
Telegram kanalımız