Yəhya Musayev qazaxıstanlı naziri qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Yəhya Musayev qazaxıstanlı naziri qəbul etdi

Siyasət

02 Aprel 2019 18:50 1270


Bu gün müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Qazaxıstanın rəqəmsal inkişaf, müdafiə və aerokosmik sənaye naziri Askar Jumaqaliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə  görüşüb.

"Yeni Sabah" xəbər verir ki, qonaqları salamlayan Yəhya Musayev Azərbaycan ilə Qazaxıstan arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb və nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib.

Görüşdə Qazaxıstanın Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən müdafiə təyinatlı məmulatlara və xidmətlərə maraq göstərdiyi qeyd olunub. pizza hut

Tərəflər iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın vacibliyini vurğuladılar, sahə üzrə əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi və perspektivlərinə dair geniş fikir mübadiləsi apardılar. Sonda müzakirə olunan məsələlərlə bağlı işçi qrupun yaradılmasına dair razılığa gəliblər.

Görüşdə Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi polkovnik Kahir Tezekbayev iştirak edirdi.

Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin Elektron Hesablayıcı Maşınlar zavodunda təşkil olunmuş hərbi təyinatlı məmulatların sərgisinə də baxıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!