Yelena Sidorenko imzaları DSK-ya təqdim etdi

saytların hazırlanması

Evə çatdırılma

Yelena Sidorenko imzaları DSK-ya təqdim etdi

Siyasət

09 Yanvar 2020 10:50 4748


“Həyatımda yeni tarix yazılır! Rəhmətlik atam 16 yaşım olanda ağır xəstə idi. Hər gün məktəbdən evə qaçıb, onun yeməyini verərdim, ordan da işə qaçardım. Evdə olanda isə universitetə hazırlaşırdım. Atamın bir xahişi var idi: Sidorenko soyadını tanıtdır, layiqli övlad olduğunu sübut et”.

“Yeni Sabah” xəbər verir ki, parlament seçkilərində namizədliyi 73 saylı Lənkəran şəhər seçki dairəsindən qeydə alınan Yelena Sidorenko bildirib. O, atasının ilk xahişini yerinə yetirdiyini deyib:

 “İndi də ikincisinin reallaşdırılması üzərində çalışıram. Növbədənkənar parlament seçkilərinə həyat yoldaşımın Eyvazlı soyadı ilə qatılıram, Allaha ümid edirəm ki, yolumu özü açacaq inşallah. İmzatoplama prosesində mənə dəstək verən hər kəsə təşəkkürümü bildirirəm. Məni irəliyə aparan yaxınlarımın və seçicilərimin duaları olacaq. Allah bütün duaları qəbul eləsin, inşallah Vətənizimə xeyirli övlad ola bilək”. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!