“Yelo Bank” ASC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı məhkəmə iddiası qaldırılıb.
“Yeni Sabah” xəbər verir ki, məhkəmə iddiası noyabr ayının 1-i tarixində Bakı Apellyasiya Məhkəməsinin hakimi Pərviz Hüseynovun sədrlyi ilə keçiriləcək.
Qaldırılan iddia vergi məsələləri üzrə mübahisələrlə bağlıdır. Dominos pizza
Qeyd edək ki, 378 milyon manat nizamnamə kapitalı olan “Yelo Bank” ASC (VÖEN -9900014901) 1994-cü ildən fəaliyyət göstərir. Əvvəlcə "Ülpər" kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə rebrending edərək "Nikoil Bank" adlandırılıb. 2019-cu ildən isə “Yelo Bank” adlanır. “Yelo Bank” Rusiyada yaşayan Azərbaycan əsilli milyarder, “Lukoil” şirkətinin sahibi Vahid Ələkbərova məxsusdur.
Ekonominfo.az
Telegram kanalımız