“Yelo Bank”ın filial müdiri müştərinin çənəsini sındırıb - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Yelo Bank”ın filial müdiri müştərinin çənəsini sındırıb - Foto

Hadisə

13 Mart 2025 01:42 870


“Yelo Bank”ın filialında müdir müştərini döyüb.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı tanınmış vəkil Aqil Layıc "Facebook" hesabında paylaşım edib.

Vəkil qeyd edib ki, filial müdiri Vüqar Xəlilov xidmətin gecikməsinə etiraz edən müştərini döyüb: Dominos pizza

“Müdir əvvəlcə müştəriyə “bas bayıra” deyib. Sonra döyərək çənəsini sındırıb. Bu qədər qudurğan adamı hələ də filial müdiri kimi saxlayırsınız?”- deyə vəkil qeyd edib. 

Aqil Layıc həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankına sual ünvanlayıb: “Belə şəxsin bank müdiri atestasiyası hələ qüvvədədir?”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!