Yemək qazanında həbsxanaya telefon keçirmək istədi

saytların hazırlanması

Evə çatdırılma

Yemək qazanında həbsxanaya telefon keçirmək istədi

Hadisə

29 Dekabr 2020 12:50 737


Bakı İstintaq təcridxanasına mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən Yenisabah.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.2.1; 178.2.2 və 178.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Kərimzadə Rüstəm Fuad oğluna tanışı Abuzərov Səxavət Abuzər oğlunun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman orada olan yemək qazanının alt hissəsində xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerində danışıq kartı olan bir ədəd mobil telefon aparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!