Yemək qazanında türməyə narkotik keçirmək istədilər

saytların hazırlanması

Evə çatdırılma

Yemək qazanında türməyə narkotik keçirmək istədilər

Hadisə

28 Noyabr 2020 12:12 962


Bakı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən Yenisabah.az-a daxil olan məlumata əsasən, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilən və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Ağayev Rəşad Hüseyn oğluna tanışı Qaxiyev Rauf İsmayıl oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Bu zaman orada olan yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib. Toyuqlu pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!