Yemişin bilmədiyiniz faydaları

saytların hazırlanması

Evə çatdırılma

Yemişin bilmədiyiniz faydaları

Sağlamlıq

20 İyun 2024 14:38 3469


Yaz aylarının ən sevimli meyvələrindən biri olan yemişin bir çox faydası var.

Yenisabah.az yemişin bilinməyən faydalarını təqdim edir:

Yemiş qoxusu ilə insan sakitləşir. Yeməkdən əvvəl yemiş yemək çox faydalıdır. Bu, həzmi tənzimləyir. Marqarita pizza

Böyrəkdə olan qumların tökülməsi zamanı rahatlaşdırıcı və sakitləşdirici kimi məsləhət görülür.

Bədəni sərinlədir. Yemişin sidikqovucu xüsusiyyəti də var. Sidik yolu xəstəliklərindən şikayət edənlərə bol-bol yemiş yemək tövsiyə edilir.

Qəbizliyi aradan qaldırır.

Revmatizm və babasil ağrılarını azaldır.

Böyrəkləri təmizləyir. Böyrək daşlarını və qumlarını tökməyə kömək edir.

Sakitləşdirici təsiri ilə rahatlıq verir və yuxusuzluğun müalicəsində də istifadə edilir.

Dərinin təravətli görünməsini təmin edir. Dəriyə qulluq üçün də faydalı olan yemiş, əzilib soyuq südə qatıldıqdan sonra üzə çəkildikdə dərini nəmləndirir. Xüsusilə, quru dərilərə çox faydalıdır.

Tumları döyülüb suda qaynadıldıqdan sonra əldə edilən su içildiyi zaman sinə ağrısı və öskürəyə yaxşı gəlir. Bəlğəm, burun tıxanması kimi tənəffüs yolu xəstəliklərinin aradan qaldırılmasına da kömək edir.

Yanıqlara yemiş qoyulsa, ağrını yüngülləşdirir və sağalmasını sürətləndirir.

Ət bişirərkən qabıqlarından bir parça əlavə edilsə, ət tez bişir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!