Müəllimlərin İşə Qəbulu üzrə vakant yerlərin gizlədilməsi məsələsinə aydınlıq gətirilib.
Yenisabah.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Prosesin davamı olaraq bu il keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə çıxarılan yerlər detallı təhlil edilərək müəllimlərin işə qəbul, sertifikatlaşdırma və diaqnostik qiymətləndirmə nəticələri, mövcud müəllimlərin orta dərs yükü, mövcud müəssisələrdəki müəllimlər sıxlığı nəzərə alınıb. Nəticədə bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin ilkin vakansiya seçimi mərhələsinə 7000-ə yaxın vakant yer çıxarılıb. Toyuqlu pizza
Ənənəvi olaraq bu mərhələdə tutulmayan, həmçinin yaranan yeni vakant yerlər ilboyu elan ediləcək.
Avqustun 6-dan müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılıb. Son günlərdə sosial şəbəkələrdə MİQ üzrə vakant yerlərin gizlədilməsi ilə bağlı narazılıqlar yayılıb.
Telegram kanalımız