Yenə “sıradan bir“ qətl: Ər arvadını öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Yenə “sıradan bir“ qətl: Ər arvadını öldürdü

Kriminal

04 Yanvar 2022 16:53 1177


Bakıda ər arvadını qətlə yetirib.

Yenisabah.az xəbər verir ki, qətl balta və bıçaqla çoxsaylı xəsarətlər yetirməklə icra olunub.

Yanvarın 4-ü saat 15 radələrində 1991-ci il təvəllüdlü Həmidə Həsənovanın yaşadığı evdə öldürülməsi barədə Xətai Rayon Prokurorluğuna məlumat daxil olub. Pepperoni pizza

Araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Orxan Alıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Həmidə Həsənovaya balta və bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Orxan Alıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!