Yeni bahalaşma dalğası gəlir - Bu tarixdən...

saytların hazırlanması

Evə çatdırılma

Yeni bahalaşma dalğası gəlir - Bu tarixdən...

Sosial

03 Dekabr 2025 19:12 7344


Son illərdə həm qlobal bazarlarda, həm də ölkə daxilində baş verən iqtisadi dəyişikliklər qiymətlərə təsir edən əsas amillərdən birinə çevrilib. Xüsusilə də bayram ərəfələri, mövsümi tələbin artması və idxaldan asılılıq fonunda bəzi xidmət sahələrində və məhsullarda qiymət dəyişiklikləri daha tez hiss olunur.

Yeni ilin yaxınlaşması isə bu sualı daha da aktuallaşdırır: 2025-ci ildən hansı xidmət sektorlarında və məhsullarda qiymət artımı gözlənilə bilər?

“Yeni Sabah”a məsələ ilə bağlı açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, xidmət sektorlarında qiymət artımı ilə bağlı dəqiq proqnoz vermək çətindir: Pepperoni pizza

“Çünki bu sektorda bəzi sahələr hökumət tərəfindən xüsusilə Tarif Şurası vasitəsilə tənzimlənir. Lakin ərzaq məhsulları ilə bağlı təəssüf ki, qiymət artımı gözlənilir. Azərbaycanda hər il Yeni il ərəfəsində qiymətlərin daha sürətli yüksəlməsi müşahidə olunur və bu artım tempi adətən Novruz bayramına qədər davam edir”.

Onun sözlərinə görə, bayram dövrlərində tələbin yüksəlməsi və insanların alış ehtiyaclarının artması qiymətlərin bahalaşmasına səbəb olur:

“Buna görə də ərzaq məhsulları və gündəlik tələbat mallarının qiymətlərində gələn ildən, hətta ilin son günlərindən etibarən daha sürətli artımın olması təəssüf ki, gözlənilən haldır”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!