Yeni binada təhlükə: Mənzilin arakəsməsi aşmaq üzrədir

saytların hazırlanması

Evə çatdırılma

Yeni binada təhlükə: Mənzilin arakəsməsi aşmaq üzrədir

Sosial

11 Oktyabr 2025 11:14 325


Yeni tikilən binada mənzilin arakəsməsi hər an aşa bilər.

Yenisabah.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bununla bağlı görüntülərin Sumqayıtda yeni tikilən binalardan birində qeydə alındığı iddia olunur. Mənzilin divarına toxunduqda, divar yırğalanır.

İnşaat eksperti Muxtar Ərturan deyib ki, görüntüdəki mənzilin arakəsməsinin qəzalı olmasına səbəb tikinti zamanı istifadə olunan materialın keyfiyyətsizliyidir: Pepperoni pizza

"Yeni tikilən binalarda tikintiyə ciddi nəzarət olsa da, mənzillərin təmiri prosesinə hansısa qurum tərəfindən nəzarət olunmur. Bəzi şirkətlər xərcləri azaltmaq üçün kustar üsulla hazırlanmış kərpiclərdən istifadə edir".

Ekspertin sözlərinə görə, hazırda əksər inkişaf etmiş ölkələrdə kərpic əvəzinə daha keyfiyyətli materialların istifadəsinə yer verilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!