Yeni daimi nümayəndə kimdir? - Tərcümeyi-hal

saytların hazırlanması

Evə çatdırılma

Yeni daimi nümayəndə kimdir? - Tərcümeyi-hal

Siyasət

20 Dekabr 2024 16:45 802


Prezident Əliyevin Sərəncamı ilə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi təyin  edilmiş Tofiq Musayev kimdir?

Yenisabah.az xəbər verir ki, o, AFFA-nın keçmiş prezidenti Fuad Musayevin oğludur.

Ölkəmizin xaricdəki elçisi haqqında məlum olanlar budur: Dördpendirli pizza

Tofiq Fuad oğlu Musayev hüquqşünaslıq ixtisasına yiyələndikdən sonra 2003-2004-cü illərdə Böyük Britaniyanın tanınmış Esseks Universitetində magistr təhsili alıb. O, 2004-2008-ci ollərdə Azərbaycan Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2008-ci ilin sentyabrından isə Azərbaycan Respublikasının BMT-dəki Daimi Nümayəndəliyinə təyinat alıb, daimi nümayəndənin müavini vəzifəsini tutur.

Yeri gəlmişkən, Tofiq Musayevin xanımı bir vaxtlar Azərbaycanın məşhur şahmatçısı olmuş beynəlxalq qrossmeyster Firuzə Vəlixanlıdır. Onların 3 övladı var: 2 oğlan və 1 qız.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!