Yeni dərs ilinə “köhnə salam”: Yüzlərlə şagird təhlükə ilə üz-üzə

saytların hazırlanması

Evə çatdırılma

Yeni dərs ilinə “köhnə salam”: Yüzlərlə şagird təhlükə ilə üz-üzə

Sosial

07 Sentyabr 2025 11:09 308


Yeni tədris ilinə az qalsa da, bəzi məktəblər hələ də köhnə binalarda dərs ilini qarşılayacaq.

Onlardan biri Quba rayonunun Vladimirovka kənd məktəbidir. Burada 500-dən artıq şagird çətin şəraitdə təhsilini davam etdirəcək.

Qəzalı bina həm təhlükə mənbəyi yaradır, həm də qış aylarında istilik sistemi problemi şagirdləri çətin vəziyyətə qoyur. pizza mizza

Digər təmirə ehtiyacı olan məktəb Quba rayonunun Aşağı Xuc kəndindəki məktəbdir. Həmin məktəb də təmir olunmadığı üçün ciddi çətinliklər yaradır.

Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, məktəblərin vəziyyətindən xəbərdardılar və təmir məsələsi prioritetlik prinsipi əsasında aparılacaq.

Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!