Yeni doğulan uşaqlara 500 manat… -  Təşəbbüs

saytların hazırlanması

Evə çatdırılma

Yeni doğulan uşaqlara 500 manat… - Təşəbbüs

Sosial

14 Noyabr 2019 04:27 1128


Azərbaycanda yeni doğulan uşaqlara 500 manat pulun verilməsi təklif edilir. 

“Yeni Sabah” xəbər verir ki, bu təkliflə Milli Məclisin plenar iclasında deputat Əli Məsimli çıxış edib. Deputat qeyd edib ki, əvvəllər yeni doğulan uşaqlara 105 manat vəsait verilirdi: “İndi o məbləğ 200 manata qaldırılıb. Amma yeni doğulan uşaqların xərcləri bundan 5 dəfə çoxdur. Ona görə təklif edirəm ki, yeni doğulan uşağa 200 manat yox, 500 manat verilsin və bu uşaqpulu məsələsində müəyyən bir addımın atılmasına gətirib çıxaracaq”.

Parlamentari bildirib ki, bunun üçün əvvəlki variantda haradasa 16 milyon manat, təklif etdiyi variantda isə 40 milyon manat pul lazımdır: “Büdcənin gəlirləri 27 milyard manata çatan bir ölkədə bu o qədər böyük pul deyil ki, məsələyə diqqət yetirilməsin”. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!