Yeni dövr, yeni ad: Kristal rebrendinq etdi!

saytların hazırlanması

Evə çatdırılma

Yeni dövr, yeni ad: Kristal rebrendinq etdi!

Sosial

31 May 2025 19:07 817


Bu gün, 31 may tarixində, Gülüstan sarayında Azərbaycanın aparıcı tikinti şirkətlərindən olan Kristal brendinin rebrendinq tədbiri keçirilir.

Tədbirdə şirkətin yeni loqotipi, vizual kimliyi, rəqəmsal platformaları və gələcək hədəfləri ictimaiyyətə təqdim olunur. Rebrendinq, Kristalın uzun illər əsas tutduğu “insan amili”ni artıq brendin vizual və kommunikasiya strategiyalarında da ön plana çıxarmağı hədəfləyir. Bu, şirkətin yanaşma tərzində mühüm bir dönüş nöqtəsi kimi qiymətləndirilir.

Kristal bu yeni mərhələdə yalnız vizual imicini deyil, həmçinin fəaliyyət strategiyasını da yeniləyir. Şirkət yaxın zamanda yeni şəhərlərdə fəaliyyətini genişləndirməyi, yeni yaşayış konseptləri ilə çıxış etməyi və müştəri təcrübəsini rəqəmsal mühitdə daha əlçatan və funksional etmək məqsədilə yeni vebsayt və mobil tətbiq təqdim etməyi planlaşdırır.

Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!