Yeni fərman mənzil qiymətlərini tənzimləyə bilər? - Yalnız bu halda...

saytların hazırlanması

Evə çatdırılma

Yeni fərman mənzil qiymətlərini tənzimləyə bilər? - Yalnız bu halda...

Sosial

24 Aprel 2025 16:35 857


“Dövlətin bu istiqamətdə hər hansı bir inzibati qayda tətbiq etməsi hazırda mümkün deyil. O, bazar iştirakçılarına müəyyən bir hədd qoya bilməz. Çünki bu, ilk növbədə, vətəndaşın qərarıdır”.

Bu sözləri "Yeni Sabah"a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

O bildirib ki, qiymətləndirici şirkət sadəcə mənzillərin qiymətlərinin bazara uyğun müəyyən olunmasına təsir edə bilər: Toyuqlu pizza

“Mənzillər ayrı-ayrı şəxslərin, yaxud ayrı-ayrı MTK-ların balansındadır. Əgər satışa təqdim olunan mənzil hansısa şəxs tərəfindən satılırsa və "ikinci əl"dirsə, qiymətləndirici şirkət və yaxud hər hansı bir qiymətləndirmə fəaliyyəti haqqında qanun buna müdaxilə edə bilməz. Sərbəst bazar münasibətləri mövcuddur və mənzillərin, o cümlədən torpaq sahələrinin sərbəst bazar prinsipləri formalaşdırır. Bu baxımdan, dövlətin bu istiqamətdə hər hansı bir inzibati qayda tətbiq etməsi hazırda mümkün deyil.

Dövlət bazarın iştirakçılarına müəyyən bir hədd qoya bilməz. Çünki bu, ilk növbədə, vətəndaşın qərardır. Yalnız dövlətin balansında olan, məsələn, qaçqın və məcburi köçkünlərə verilmiş və hazırda satışa çıxarılan mənzillərin qiymətləndirilməsi təşkil olunur.

Bundan əlavə, MİDA üçün qiymətləndirmə prosesi mütəmadi olaraq aparılır. Tutaq ki, əgər bir yerdə bina tikilirsə, qiymətləndirici şirkət həmin binadakı mənzillərin qiymətini müəyyən edir. Yəni buna əsasən qiymətlər təyin olunur. Əgər prosesdə bu və ya digər formada dövlət qurumları iştirak edirsə, dövlət burada qiymətlərin tənzimlənməsinə və müəyyənləşməsinə təsir göstərə bilər. Yəni qiymətləndirici şirkət tərəfindən həmin mənzillərin bazara uyğun müəyyən olunmasına təsir edə bilər”. 

Vüqar Oruc qeyd edib ki, dövlət müəyyən sosial sifariş nəticəsində regionlar və ərazilər üzrə maksimum və minimum qiymətlərin müəyyən olunması sifarişini verə bilər:

“Bütün variantlarda mövcud qiymət real bazar dəyərləri əsasında formalaşır. Bu baxımdan, mənzillərin qiymətlərinin dövlət tərəfindən müəyyən olunması mümkün deyil. Bunun başqa bir variantı mümkündür. Məsələn, dövlət müəyyən sosial sifariş nəticəsində regionlar və ərazilər üzrə maksimum və minimum qiymətlərin müəyyən olunması sifarişini verə bilər. Həmin məlumat mənbəyi alıcılar üçün bir növ əsaslanacağı mənbə ola bilər. Amma bütün variantlarda dövlətin məhz həmin aralıqlarda mənzillərin satılmasını tələb etməsi həm konstitusiyaya, həm beynəlxalq konvensiyalara, həm də mövcud normativlərə və qaydalara ziddir. Bu sadəcə tövsiyə xarakteri daşıya bilər”.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 15-də “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun icrası ilə əlaqədar bəzi fərmanlarda dəyişiklik barədə fərman imzalayıb. Yeni dəyişikliklərə əsasən, başda bələdiyyələrə məxsus torpaqlar olmaqla, bir sıra daşınmaz əmlakın dəyərinin qiymətləndirici şirkət və şəxslərin aparması nəzərdə tutulur.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!