Yeni Günəşlidə maşın polis bölməsinə çırpıldı

saytların hazırlanması

Evə çatdırılma

Yeni Günəşlidə maşın polis bölməsinə çırpıldı

Hadisə

01 Yanvar 2025 14:16 704


Sosial şəbəkələrdə yayılan məlumata görə, Bakıda avtomobil polis bölməsinin hasarına çırpılıb.

Yenisabah.az xəbər verir ki, hadisə bu gün səhər Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

Avtomobilin kirayə götürüldüyü və yüksək sürətlə idarə olunduğu qeyd edilib. Nəqliyyat vasitəsi əvvəlcə 3-4 avtomobili vurub, daha sonra isə 33-cü polis bölməsinin divarına çırpılıb. pizza hut

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!