Yeni icra başçısı özünə köməkçi təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Yeni icra başçısı özünə köməkçi təyin etdi

Sosial

17 Dekabr 2019 16:24 1427


Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elşad Həsənov özünə yeni köməkçi təyin edib.

"Yeni Sabah" xəbər verir ki, E.Həsənov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Süleymanzadə Habil Kamal oğlu Yasamal RİH-nin başçısının köməkçisi təyin olunub. Marqarita pizza

Qeyd edək ki, H.Süleymanzadə bundan əvvəl E.Həsənovun deputat olduğu dövrdə onun köməkçisi vəzifəsində çalışıb.

Xatırladaq ki, E.Həsənov Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, 2015-ci ildə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. /report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!