Yeni il gecəsi bir ailə tort yeyib öldü

saytların hazırlanması

Evə çatdırılma

Yeni il gecəsi bir ailə tort yeyib öldü

Dünya

03 Yanvar 2025 21:19 815


Braziliyada bir ailə Yeni il gecəsi tort yedikdən sonra ölüb.

Yenisabah.az Lent.az-a istinadən xəbər verir ki, 43 yaşlı Tatyana Denize Silva dos Anjos, 58 yaşlı Maida Berenis Flores da Silva və 65 yaşlı Neuza Denize Silva dos Anjo yerli “Bolo de Natal” tortunu yedikdən sonra ölüblər. Ailənin daha üç üzvü pisləşib və xəstəxanaya yerləşdiriliblər. Tortu bişirən 61 yaşlı Zeli Terezinha Silva dos Anjos da həmçinin xəstəxanaya aparılıb.

Ailənin 7 üzvü qonaq getdikləri Zelinin evinə toplaşıb və məlum olub ki, onlardan yalnız biri tortu yeməyib. Məlumatlara görə, ölən 3 qadının az miqdarda zəhərli metal arsen aşkar edilib. Sezar pizza

Tatyana və Maidanın tortu yedikdən qısa müddət sonra öldüyü bildirilir. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Neuza ertəsi gün dünyasını dəyişib. Maida və Neuza Zelinin bacılarıdır. Məlumata görə, Tatyana Neuzanın qızıdır.

Xəstəxanadan deyilib ki, Tatyana və Maida hər ikisi ürək tutmasından, Neuza isə "qida zəhərlənməsindən sonra şokdan" ölüb.

Polis hər üç qadının ölüm səbəbinin nə olduğunu araşdırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!