Yeni Klinikada yoxlama:   Saxlanılan var

saytların hazırlanması

Evə çatdırılma

Yeni Klinikada yoxlama: Saxlanılan var

Hadisə

25 Aprel 2024 22:32 14929


TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada ittiham olunur.

NOCOMMENT.az-a mənbələrdən daxil olan məlumata görə, TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın direktoru Barat Yusubov tərəfindən təyin olunmuş yeni Daxili Mühafizə rəisi Novruzov Bəxtiyar Əhmədxan oğlu və daha 2 mühafizəçi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Saxlanılan digər 2 mühafizəçi müəyyən dindirilmələrdən sonra sərbəst buraxılıb. İlkin versiyalara görə, mühafizə rəisi klinikaya daxil olan firmalardan və vətəndaşlardan qeyri-qanuni şəkildə pul almaqda ittiham olunur. Mənbə qeyd edir ki, bu mühafizə rəisi Klinikanın direktoru Barat Yusubovun qohumudur.

Xatırladaq ki, TƏBİB-in tabeliyindəki “Yeni Klinika” tibb müəssisəsində keçən ilin avqust ayında rəhbərlik dəyişib. Bu dəyişiklikdən sonra ölkənin ən böyük səhiyyə ocağında baş verən proseslər isə heç də ürəkaçan deyil. Bir ay ərzində mərkəzin Daxili Mühafizə Xidmətinin rəisi də başda olmaqla, 10-a yaxın əməkdaş işdən çıxarılıb. Belə ki, Barat Yusubov klinikanın yeni direktoru təyin edildikdən sonra əksəriyyəti qazi və veteranlardan ibarət olan mühafizəçilər öz ərizələri ilə işdən ayrılıblar. pizza mizza

Klinikanın təhlükəsizlik xidməti şöbəsinin müdiri, polkovnik-leytenant Coşqun Məmmədov TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun xidməti maşınının qapısını açmadığına görə Barat Yusubovun qəzəbinə tuş gəlib. Bu, o Coşqun Məmmədovdur ki, 44 günlük Vətən müharibəsindəki xidmətlərinə görə müxtəlif orden və medallarla təltif edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Narmina
    Barat Yusubov özü elə başda rüşvətxorun biridir. Ege Hospitalda olduğu zamanlarda belə korrupsiya edirdi. Araşdırsanız göreceksiniz ki, hal hazırda özü ve qohumları Yeni Klinikanı talıyırlar. DİN bu qanunsuzluğa qarşı ciddi tedbirler görməlidir.
    2 years ago
  • Ziyafət
    Yəni bu dövlətdə haqq ədalət yoxdu?Burda təcüblü nə var ki,qanunu pozub Cinayətə cəlb edib Cəzasın vermək lazımdır.Dövlətin Müəssələrin mənimsəyib eləyiblər Rüşvət yuvası.Ver cəzasın qoy başqalarınada dərs olsun.Yoxsa bir rüşvətxoru başa rüşvətxor ittiham edir.
    2 years ago