"Çox xoşbəxtəm və komandaya qoşulmağı, burada oynamağı səbirsizliklə gözləyirəm. İnanıram ki, bu, böyük, uzunmüddətli və uğurlu əməkdaşlıq olacaq".
Yenisabah.az xəbər verir ki, bunu İsveç "Yurqorden"inə keçən Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı klubun rəsmi saytına açıqlamasında deyib.
Bir neçə gündür Stokholmda olan 21 yaşlı hücumçu yeni komandasının təlim-məşq bazası, ev oyunlarını keçirdiyi stadion, xüsusilə də azarkeşləri ilə bağlı çox yaxşı təəssüratlarının olduğunu bildirib: "Özümü çox yaxşı hiss edirəm. Məşqçilərlə, rəhbər şəxslərlə görüşdüm, həmçinin "Tele2 Arena"da oldum və ötən bazar günü matça baxdım. Təəssüratlarım əladı. "Yurqorden" haqqında bir az bilirdim, amma bura gələndən sonra müsbət fikirlər daha da artdı". Dominos pizza
Gənc forvard "Yurqorden"ə keçidində klubun idman direktoru Maqnus Anderssonla söhbətinin də rol oynadığını söyləyib: "O, əla insandır. Futbola necə inanılmaz həvəsli olduğunu gördüm. Bunu onunla danışanda anlaya bilərsiniz. Mənə keçmiş hücumçu olduğunu söylədi. Aramızda çox yaxşı bağlar var".
Stokholm klubuna keçməzdən öncə başqa təkliflərinin də olduğunu vurğulayan Qurbanlı İsveç təmsilçisini seçməsinin səbəbini açıqlayıb: "Mənə qarşı ciddi olduqlarını və böyük maraq göstərdiklərini dərhal hiss etdim. Digər klubların heç biri bu məsələdə "Yuqorden" qədər konkret davranmadı. Bu, seçim etməyimdə vacib amilə çevrildi".
Qeyd edək ki, Musa Qurbanlı "Yurqorden"lə 3 illik müqavilə imzalyıb./Report
Telegram kanalımız