Yeni “Laçın dəhlizi”ndən son xəbər: 32 km yol...

saytların hazırlanması

Evə çatdırılma

Yeni “Laçın dəhlizi”ndən son xəbər: 32 km yol...

Rəsmi

21 Aprel 2022 16:31 3211


Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun inşası davam etdirilir. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. 

Məlumata görə, bölgədə bütün avtomobil yolları iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilir: "Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun inşası da məhz bunlar nəzərə alınaraq aparılır". Dördpendirli pizza

Qeyd olunub ki, avtomobil yolunun uzunluğu 32 km təşkil edir: "İki hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7 metr, torpaq yatağının eni 12 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edəcək".

Bildirilib ki, yolun 22-ci km-də inşa edilən və uzunluğu 139.5 metr olan dörd aşırımlı körpüdə hazırda tikinti işləri son mərhələdədir: "Tikinti işlərinin cari il ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub".

Amma yolun neçəyə başa gələcəyi açıqlanmır.

İki il əvvəl, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatda Laçın dəhlizinə alternativ yolun çəkilməsi nəzərdə tutulur. Bəyanatının 6-cı bəndinə əsasən, üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitəni təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün bir plan hazırlanmalı idi. Həmin bu marşrutu qorumaq üçün sonra orada yenidən Rusiya sülhməramlı kontingenti yerləşdirilməlidir.

Bu barədə Prezident İlham Əliyev də iki il əvvəl Laçın rayonunun boşaldılması ilə bağlı xalqa müraciətində danışmışdı: "Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaq…".
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!