Yeni layihə uğurla həyata keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Yeni layihə uğurla həyata keçirilir

Sosial

16 İyul 2019 07:47 1376


Məlum olduğu kimi,iyul ayının 10-dan etibarən Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Nərimanov rayonunda yeni pilot layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrasına başlanılıb. Layihə Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti ilə birgə hazırlanıb və həyata keçirilir.

“Yeni Sabah” xəbər verir ki, işlər çərçivəsində rayonun hər bir məhəlləsində məişət tullantıları üçün yaradılan meydançalara 2 rəngdə - yaşıl və narıncı rəngdə yeni, müasir konteynerlər quraşdırılıb. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə 2 cür yaşıl və narıncı çeşidləyici paketlər və izahedici bukletlər paylanılıb.

Layihənin həyata keçirilməsinin ilk günləri öz müsbət nəticələrini verir. Bunu Konsepsiyanı hazırlayan Mott MacDonald şirkətinin məsul nümayəndəsi də xüsusi qeyd edib.  pizza mizza

Bildirilib ki, bəzi ölkələrdə, o cümlədən Rusiya, Türkiyə, Gürcüstanda buna nail oluna bilinmədi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!