Yeni nazir Ermənistan mallarını Azərbaycan bazarına çıxarmaq istəyir

saytların hazırlanması

Evə çatdırılma

Yeni nazir Ermənistan mallarını Azərbaycan bazarına çıxarmaq istəyir

İqtisadiyyat

02 Dekabr 2020 15:19 1073


Ermənistanda yeni təyin edilmiş iqtisadiyyat naziri Vahan Kerobyanın Qarabağda əldə edilmiş üçtərəfli razılaşmanın regionda ticarət üçün yeni imkanlar açdığı, gələcəkdə Ermənistan mallarının Azərbaycan bazarına çıxarılmasının mümkünlüyü haqda açıqlaması dərhal ona qarşı hücumlara səbəb olub.

Yenisabah.az-ın məlumatına görə, Hakim “Mənim addımım” fraksiyasından deputat Ayk Gevorgyan deyib ki, erməni mallarının Azərbaycanda satılmasında pis nə isə yoxdur.

“Hər sözün, hər hərfin ətrafında bu cür hay-küy qaldırılması bizi heç yana aparmır. Əgər biz mallarımızı Azərbaycana sata bilsək siz bunda pis nəsə görürsüz?”, - deputat jurnalistlərə bildirib. pizza sifarişi

 Bu zaman jurnalistlər deputat daha bir sual veriblər, deyiblər ki, azərbaycanlıların erməni əsgərlərini öldürdüyü bir vaxtda Azərbaycan mallarının Ermənstanda satılması nə dərəcədə normaldır?

“Mən bilmirəm siz bu düşüncə ilə hara gedirsiniz, hara gedirsiniz”,-deputat başını bulayıb və uzaqlaşıb. (virtualaz.org)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!