Yeni nazirdən ilk açıqlama: “Bunsuz heyvanların rifahına nail olmaq mümkün deyil”

saytların hazırlanması

Evə çatdırılma

Yeni nazirdən ilk açıqlama: “Bunsuz heyvanların rifahına nail olmaq mümkün deyil”

İqtisadiyyat

25 Aprel 2023 10:17 2782


Azərbaycan sürətli iqtisadi inkişafına görə regionun lider ölkəsidir. Əsas hədəfimiz malik olduğumuz təbii ehtiyatlardan istifadə etməklə iqtisadiyyatı şaxələndirməkdir.

“Yeni Sabah” Trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ümümdunya Heyvan Sağlamlığı Təşkilatı (WOAH), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşkilatçılığı ilə Bakıda keçirilən tədbir zamanı deyib.

Nazir qeyd edib ki, ilk növbədə kənd təsərrüfatının inkişafına diqqət yetirilir. pizza mizza

"Biz aqro-ərzaq sistemlərimizin davamlı transformasiyasına nail olmaq üçün böyük səylər göstəririk. Yaşıl bərpa, rəqəmsallaşma və innovativ həllər davamlı milli aqro-ərzaq sisteminin qurulması üçün gündəliyimizdəki əsas prinsiplərdir.

Heyvanların yetişdirilməsi, o cümlədən sağlamlığın qorunması gündəmimizdə prioritet olaraq qalır. Dövlət damazlıq məqsədləri üçün xaricdən gətirilən heyvanların ümumi həcminin 60 faizini subsidiya edir. Bundan əlavə, Süni Mayalanma Mərkəzimizdə bu yaxınlarda başlayan embrion transferi layihəsi heyvandarlığın artırılması məqsədinə çatmaq məqsədi daşıyırdı", - deyə nazir əlavə edib.

Heyvanların peyvəndlənməsindən bəhs edən nazir illik hazırlanan tədbirlər planına uyğun olaraq ölkədə zoonoz xəstəliklərin qarşısının alınması və onların sağlamlığının qorunması məqsədilə heyvanların peyvənd olunduğunu qeyd edib.

"Təbii ki, düzgün qurulmuş baytarlıq xidmətləri olmadan heyvanların rifahına nail olmaq mümkün deyil. Bu baxımdan, hökumətin son islahatına əsasən, Azərbaycanda baytarlıq xidmətləri özəlləşdirilib və bu proses özəl müqavilələr əsasında təşkil olunub. Bundan əlavə, dövlət dəstəyi sərmayələrimizin əsas hissəsi fermerləri müasir və innovativ əkinçilik texnologiyalarından istifadə etməyə həvəsləndirməyə yönəldilir",- deyə M.Məmmədov bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!