Yeni nazirdən ilk göstəriş: Bundan sonra Vasif Talıbovun...

saytların hazırlanması

Evə çatdırılma

Yeni nazirdən ilk göstəriş: Bundan sonra Vasif Talıbovun...

Maraqlı

01 Yanvar 2023 14:00 19810


Naxçıvan MR DİN-in tabeliyindəki idarə, şöbə və bölmələrdən Vasif Talıbovun şəkillərinin yığışdırılmasına başlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Gündəlik Naxçıvan"a yerli polis bölmələrindən məlumat verilib. Bununla bağlı tapşırığın Naxçıvana yeni təyin olunmuş daxili işlər naziri Süleyman Neymətovun verdiyi bildirilir.

Şərur rayon Polis Şöbəsindəki mənbənin məlumatına görə nazirlik, yerli orqanlarda yoxlamalara da başlayıb: "Nazirlikdən gəlmişdilər. Çoxu Bakıdan gələn yeni əməkdaşlarıdır. Süleyman müəllim özü ilə gətirib. Tapşırıq verildi ki, Vasif Talıbovun bütün şəkilləri təcili şöbədən yığışdırılsın. Dedilər ki, yalnız Heydər Əliyevin və İlham Əliyevin şəkilləri asıla bilər". Məlumatı Kəngərli, Babək və Şahbuz rayon polis şöbələrindəki mənbələr də təsdiq edir. pizza

Qeyd edək ki, Süleyman Neymətov dekabrın 28-də Naxçıvan MR daxili işlər naziri təyin olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!