Yeni prezidentin andiçmə mərasiminə dəvət - COVID-19-a görə qonaq sayı məhduddur

saytların hazırlanması

Evə çatdırılma

Yeni prezidentin andiçmə mərasiminə dəvət - COVID-19-a görə qonaq sayı məhduddur

Rəsmi

28 İyul 2021 13:44 1240


“Yeni prezidentin andiçmə mərasimində iştirak üçün 50-dən çox ölkəyə dəvət göndərilib”.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran parlamentinin üzvü Seyyid Möhsün Dehnəvi bildirib.

Onun sözlərinə görə, iyunun 18-də keçirilmiş prezident seçkilərinin qalibi İbrahim Rəisinin inauqurasiyası avqustun 5-də baş tutacaq. Dominos pizza

“Koronavirusa görə dəvət edilən yerli və xarici qonaqların sayında məhdudiyyətlərlər var. Yerli qonaqlar hərbi qurumlaR, dövlət orqanları və məhkəmə sistemi təmsilçiləri səviyyəsində olacaq. Habelə bu günə qədər 50-dən çox xarici qonaq inauqurasiya mərasimində iştirak etməyə hazır olduqlarını açıqlayıb. Bəzi ölkələr prezident səviyyəsində, bəziləri baş nazir və xarici işlər naziri səviyyəsində və s. andiçmə mərasimində iştirak etməyə hazır olduqlarını bildirib”, – deyə Dehnəvi qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!