Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş” ASC-nin Bakı metropoliteni üçün istehsal etdiyi 10 vaqondan ibarət iki qatar tərkibi bu gün xəttə buraxılıb.
"Bakı Metropoliteni" QSC-dən “Yeni Sabah”a daxil olan olan məlumata görə, yeni vaqonların sərnişinlər üçün mühüm əhəmiyyət kəsb edən üstünlükləri sırasında qapıların daha enli olması, açılıb-bağlanması işıqlı xəbərdarlıq indikatorları ilə təchiz edilməsini göstərmək olar. Qatarlarda vaqonlararası birbaşa keçidin olması vaqonun konstruksiya tutumunu 15 faiz artırır, sərnişinlərin qatar boyunca bərabər paylanmasını, yerləşmə sahəsini genişləndirməklə daşımanın rahatlığını və təhlükəsizliyini təmin edir.
Həmçinin,vaqonlarda sərnişinlərin elektron qurğularının doldurulması üçün USB yuvacıqlar da var. Baş vaqonlar əlil arabaları üçün yerlərlə təmin edilib. Vaqonların istismar müddəti 30 ildir.
"Transmaşholdinq" şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq, 2019-cu il ərzində Bakı metropoliteninə daha 20 vaqon gətiriləcək.
Telegram kanalımız