Yeni “Qaynar xətt” fəaliyyətə başladı -   Koronavirusa görə psixoloji yardım göstərilir

saytların hazırlanması

Evə çatdırılma

Yeni “Qaynar xətt” fəaliyyətə başladı - Koronavirusa görə psixoloji yardım göstərilir

Sağlamlıq

06 Aprel 2020 10:47 767


Bu gündən Təhsil Nazirliyinin yeni 146-3 "Qaynar xətt" xidməti fəaliyyətə başlayıb.

Yenisabah.az xəbər verir ki, koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən "Qaynar xətt" xidməti ilə əlaqə yarada bilərlər. 

Müraciət edən hər bir vətəndaşa məktəb psixoloqları tərəfindən telefon vasitəsilə psixoloji konsultasiya təşkil ediləcək, lazımi dəstəklə təmin olunacaqlar. pizza hut

146-3 "Qaynar xətt" xidməti həftəiçi hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!